AZ

Mbappe rəsmən "Real"da - FOTO

"Real" yeni transferi Kilyan Mbappe ilə müqavilə imzalayıb.Sportfm.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mbappe "Real"da 9 nömrəli formanı geyinəcək.Klub bu gün "Santyaqo Bernabeu" stadionunda fransalı forvard üçün təntənəli təqdimat mərasimi keçirəcək.Xatırladaq ki, iyunun 3-də "Real" Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib. Onunla 5 illik razılaşmanın əldə olunduğu bildirilmişdi. Bundan sonra mətbuatda hücumçunun maaşının illik 30 milyon avro olacağı, vurduğu qollara görə bonus alacağı və müqaviləsində 1 milyard avroluq təzminat bəndinin olacağı barədə məlumatlar yayılmışdı.скачать dle 10.4 UTF-8Forex для начинающих

Seçilən
3
sportfm.az

1Mənbələr