AZ

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinintabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyasıkeçirilib.

Trend-in məlumatına görə, Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHTForumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi iləkeçirilən aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, MilliMəclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, "ASANRadio"nun direktoru Emin Musəvi, "Türk Hava Yolları" şirkətininBakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, 43 qeyri hökuməttəşkilatının üzvləri, idmançılar və ictimaiyyət nümayəndələriiştirak ediblər.

Aksiya iştirakçıları ölkəmizdə Məhərrəm ayında kütləvi olaraqtəşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyətinivurğulayıblar. Aşura günündə zorakılıq etmək, özünə xəsarətyetirmək əvəzinə qanvermənin daha mütərəqqi bir seçim olduğunubildirərək, Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsitəşəbbüsünün cəmiyyətdə təqdir edildiyini qeyd ediblər. Bu nəcibənənənin Məhərrəmlik mərasimlərinin İslam dininin mahiyyətinə uyğunolaraq xurafat elementlərindən kənar, xalqımızın yüksəkmədəniyyətinə uyğun keçirilməsində böyük rola malik olduğunudiqqətə çatdırıblar.

Çox sayda insanın iştirak etdiyi qanvermə aksiyasında toplananqan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyətçəkən insanların müalicəsində istifadə olunacaq.
Xatırladaq ki, bu gün qanvermə aksiyaları Naxçıvan MuxtarRespublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsivə Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi 35 (ali təhsilmüəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvandakeçirilir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
55
13
az.trend.az

10Mənbələr