AZ

Zelenskidən Tramp açıqlaması: "Qorxmuram"

Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Ukrayna lideri ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə sabiq prezident Donald Trampla işləmək istədiklərini bildirib.

Zelenski Tramp prezident olarsa, onunla işləyəcəyini və bundan qorxmadığını deyib.

“Biz hər iki partiya tərəfindən dəstəklənirik. ABŞ siyasətinin Respublikaçı qanadı ilə isə daha güclü əlaqələrimiz var”, - Zelenski qeyd edib.

Seçilən
132
40
publika.az

10Mənbələr