Azərbaycan Premyer Liqası komandalarından "Kəpəz" və "Şamaxı" bu gün yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda bir-biri ilə üz-üzə gəlib.
Matç "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Səbayıl Bağırov və Arsen Ağcabəyov fərqlənib.
Qeyd edək ki, "Kəpəz" bunadək 1 yoxlama oyunu keçirmişdi. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4 hesabı ilə uduzub.
"Şamaxı" isə bunadək yoxlama oyunu keçirməmişdi. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik məlum deyil.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta