AZ

İspaniya Ukraynaya 10 “Leopard” tankı göndərib

İspaniya Ukraynaya 10 “Leopard” tankından ibarət yeni partiya göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

“Kompleks təmir prosesi başa çatdıqdan sonra 10 “Leopard” 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”, - məlumatda bildirilib.

Yükün gələn həftəsonuna qədər Polşa limanına çatacağı, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
9
bakivaxti.az

10Mənbələr