AZ

“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir. 

Rekord.az xəbər verir ki, futzal üzrə ölkə çempionu bu dəfə serb futzalçı ilə anlaşıb.

Söhbət Serbiya millisinin də üzvü Lazar Milosavljeviçdən gedir.

26 yaşlı oyunçu ötən mövsüm Xorvatiya “Crnica”sında çıxış edib. Futzalçı “Araz-Naxçıvan” və baş məşqçi Vitali Borisov üçün yad sima deyil. Belə ki, o, ötən ilk UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. “İstanbul Şişli” ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

Qeyd edək ki, braziliyalı Kadinyonu transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
19
rekord.az

10Mənbələr