AZ

İki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı üçün zəngin potensial var » AzadMedia.az


Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərində oldu.
Prezident İlham Əliyevin Pakistana səfəri və orada çox yüksək səviyyədə qarşılanması ilk növbədə dövlətimzin başçısına olan etimadın, ona verilən dəyərin göstəricisidir”.
Azərbaycan Prezidenti müsəlman dünyasının liderlərindən biri kimi qəbul edilir:
Digər dövlət başçılarının Pakistana səfəri zamanı biz bu cür münasibəti görmürük. Azərbaycana münasibət çox fərqlidir. Pakistan küçələrində Azərbaycan bayraqlarının dalğalanması, dövlət başçısının təyyarəsini qırıcıların müşayiət etməsi, cənab Prezidenti şəxsən Pakistan baş naziri Məhəmməd Şahbaz Şərifin qarşılması bir daha Azərbaycana və onun müzəffər liderinə göstərilən yüksək diqqətin təzahürüdür.
Azərbaycanla dost-qardaş Pakistanın münasibətləri çox sürətli şəkildə inkişaf etməkdədir. Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb.
İki ölkə arasında çox yüksək əlaqələr var. Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib, yanımızda yer alıb, bizi dəstəkləyib. Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. Hər birimizin yaxşı xatirimizdədi: 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi hansı səviyyədə olmağından xəbər verir.
Bu güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində olduğu kimi, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq. Şübhə yox ki, Prezident İlham Əliyevin Pakistana səfəri ikitərəfli münasibətlərə töhfələrini verəcək və daha da inkişafına imkan yaradacaq.
Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Əməkdaşlığımız bundan sonra da daha da dərinləşcək. İki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı üçün zəngin potensial var. Hər iki dövlət bu potensialdan çox ağıllı formada istifadə edəcək. Bölgəmizə təhlükəsizliyin gəlməsində həm Azərbaycan, həm də Pakistan fəal şəkildə iştirak edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
4
azadmedia.az

6Mənbələr