AZ

"Ukraynanın öz sərhədlərini bərpa etməsi mümkün deyil" - NATO Hərbi Şurasının keçmiş rəhbəri

NATO Hərbi Şurasının keçmiş rəhbəri Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasını qeyri-mümkün hesab edib.

Ednews xəbər verir ki, NATO Hərbi Şurasının keçmiş rəhbəri Harald Kuyat Ukraynanın öz keçmiş sərhədləri bərpa edə bilmədiyini bildirib. Kuyat xatırladıb ki , hələ 2023-cü ilin dekabrında Ukraynanın hücumu uğursuzluqla nəticələnəndə ABŞ Ukraynanın hələ də nəzarət etdiyi ərazini qorumaq üçün müdafiəyə keçməli olduğu qənaətinə gəlib.

O, Ukraynanın müharibədə qalib gəlməsini boş və mənasız arzular adlandırıb. Kuyat bildirib ki, bu mövqe Aİ-nin təhlükəsizlik siyasəti sahəsində səriştəsizliyini və blokun strateji düşüncəsizliyini ortaya qoyur.

Fərid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
ednews.net

1Mənbələr