AZ

"Qərbi Azərbaycan ziyalılarını Siz də tanıyın” adlı layihə icra mərhələsindədir » AzadMedia.az


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyi “Qərbi Azərbaycan ziyalılarını Siz də tanıyın” adlı layihənin icrası davam edir.

QHT.az xəbər verir ki, layihə Prezident İlham Əliyevin Qərbi Azərbaycana "QAYIŞIDIŞ" konsepsiyasına əsaslanır. Məqsəd uşaq və yeniyetmələrin Qərbi Azərbaycan ziyalılarının Qərbi Azərbaycan haqqında həqiqətləri özlərinin danışıqlarından öyrənməkdir. Layihə 30 dəqiqəlik sənədli film formatında 5 nəfər Qərbi Azərbaycandan olan elm-təhsil, mədəniyyət və digər sahələr üzrə ziyalılarla həmsöhbət olaraq çəklişlər aparılacaq və sosial şəbəkələr vasitəsilə uşaq və yeniyetmələrin baxışına veriləcək. Hal-hazırda sözügedən layihə ilə bağlı Qərbi Azərbaycan ziyalıları ilə mövzuya dair video çəklişlər və montaj işləri aparılır. Mövzu üzrə sənədli filmə dair təqdimat keçirilməsi nəzərdə tutulur.

"Düşünürəm ki, icra edəcəyimiz “Qərbi Azərbaycan ziyalılarını Siz də tanıyın” adlı layihə uşaq və yeniyetmələrin diqqətini cəlb edərək yaddaşlarında unudulmaz iz buraxacaq və Qərbi Azərbaycana QAYIDIŞIMIZDA onların fəallıqları Fəxredici olacaqdır" - deyə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3
azadmedia.az

4Mənbələr