AZ

“Şamaxı” “Kəpəz”lə üz-üzə

Azərbaycan Premyer Liqası komandalarından “Kəpəz” və “Şamaxı” bu gün yoxlama oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda bir-biri ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, “Kəpəz” bunadək 1 yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi “Turan Tovuz”a 0:4 hesabı ilə uduzub.

“Şamaxı” isə bunadək yoxlama oyunu keçirməyib. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
7
futbolinfo.az

8Mənbələr