Misli premyer-liqası komandalarından "Kəpəz" və "Şamaxı" bu gün yoxlama oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda bir-biri ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.
Qeyd edək ki, "Kəpəz" bunadək 1 yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4 hesabı ilə uduzub.
"Şamaxı" isə bunadək yoxlama oyunu keçirməyib. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik məlum deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta