AZ

İsraildə Qərbi Nil virusu təşvişi:ölüm sayı artır

İsraildə may ayından bu yana Qərbi Nil virusu can almağa davam edir.

Medicina.az xəbər verir ki, indiyə kimi 31 nəfərin öldüyü, virusa bağlı ölümlərin isə son günlərdə 70 faizdən çox artdığı bildirilib.

Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, xüsusilə Tel-Əviv bölgəsi və Qüdsdə “qeyri-adi hallar” müşahidə olunur.

Mütəxəssislərin yoluxma sayının artması ilə bağlı dəqiq izahat verə bilmədikləri qeyd edilib. Ancaq bunun yay mövsümünün əvvəlində havaların normaldan daha isti keçməsi ilə bağlı ola biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, ağcaqanadların yaydığı Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində üzə çıxıb.


Aysel

Seçilən
23
1
medicina.az

3Mənbələr