AZ

Bu il dəniz ilə daşınan yüklərin 49%-i neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4 125,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6% azalıb.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə daşınan yüklərin 48,7%-i neft yükləri təşkil etdib.

Məlumata görə, dəniz limanları tərəfindən 6852,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 5487,9 min tonunu və ya 80,1%-i tranzit yüklər təşkil edib. 2024-cü il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 303,8 min ton olmuşdur.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 27,6 faiz artaraq 13,4 min nəfər olub”, - məlumatda qeyd olunur.

 

Seçilən
90
6
ikisahil.az

10Mənbələr