AZ

Azərbaycanda elektrik enerjisinin istehsalı 15 faiz artıb

Azərbaycanda

Bakı, 15 iyul, AZƏRTAC

Cari ilin birinci yarımilində ölkə üzrə elektrik enerjisinin istehsalı 2,52 faiz azalaraq 13 milyard 557,4 milyon kilovat-saat olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 11 milyard 525 milyon kilovat-saat, SES-lərdə 1 milyard 581,1 milyon kilovat-saat, digər mənbələr üzrə isə 451,3 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 286,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 135 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081,7 milyon kilovat-saat) nisbətən iki dəfəyə yaxın artaraq 2032,4 milyon kilovat-saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 milyard 918,9 milyon kilovat-saat (İES-lərdə 10 milyard 452,1 milyon kilovat-saat, SES-lərdə 1 milyard 466,8 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 224 milyon kilovat-saat (İES-lərdə 88 milyon kilovat-saat, SES-lərdə 105,5 milyon kilovat-saat, Günəş ES-də 30,5 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 392,6 milyon kilovat-saat təşkil edib.

Cari ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 2,8 dəfə azalaraq 444 milyon kilovat-saat, idxalı isə 1,4 dəfə azalaraq 96,4 milyon kilovat-saat olub.

Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 15 faiz artaraq 2 milyard 326 milyon kilovat-saat olub. İyun ayında elektrik enerjisinin idxalı 5,6 dəfə azalaraq 15,6 milyon kilovat-saat, ixrac isə 1,5 dəfə artaraq 17,1 milyon kilovat-saat təşkil edib.

10.30

Bu ilin birinci yarısında elektrik enerjisinin istehsalı 13 milyard 557,4 milyon kilovat-saat, ixracı 444 milyon kilovat-saat, idxalı 96,4 milyon kilovat-saat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

O bildirib ki, hesabat dövründə İES-lər üzrə 11 milyard 525 milyon kilovat-saat, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 950,7 milyon kilovat-saat artımla 2 milyard 32,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Nazir vurğulayıb ki, bu dövrdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15 faizə yüksəlib.

Seçilən
58
4
azertag.az

10Mənbələr