Bakı, 15 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında elektrik enerjisinin istehsalı 13 milyard 557,4 milyon kilovat-saat, ixracı 444 milyon kilovat-saat, idxalı 96,4 milyon kilovat-saat olub.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
O bildirib ki, hesabat dövründə İES-lər üzrə 11 milyard 525 milyon kilovat-saat, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 950,7 milyon kilovat-saat artımla 2 milyard 32,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Nazir vurğulayıb ki, bu dövrdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15 faizə yüksəlib.