AZ

Azərbaycanın qızlardan ibarət basketbol yığması ardıcıl ikinci dəfə Avropa çempionu olub

Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının C divizionunda final oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, milli komanda Cəbəllütariqdə keçirilən matçda Kipr yığması ilə üz-üzə gəlib.
Qarşılaşmanın əvvəlindən üstünlüyü ələ keçirən Azərbaycan seçməsi rəqib üzərində 69:52 hesablı qələbə qazanıb. Bununla da Evren Alkayanın yetirmələri ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
turk.az

3Mənbələr