AZ

BMT-nin baş katibi Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyib

BMT-nin baş katibi Antonio Quterreş Donald Trampa qarşı sui-qəsd cəhdini pisləyib.

hakimiyyet.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı baş verən sui-qəsd cəhdini pisləyib və siyasətçiyə tezliklə sağalmasını arzulayıb.

"Baş katib birmənalı olaraq bu siyasi zorakılıq aktını pisləyir, Donald Trampa tezliklə sağalmasını arzulayır", - BMT-nin jurnalistlər üçün yayılan məlumatında deyilir.

04:16

ABŞ Prezidenti Co Bayden seçkidəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.

hakimiyyet.az xəbər verir ki, bu barədə ABŞ liderinin "X" hesabında qeyd edilib.

"Pensilvaniyada Donald Trampın mitinqindəki atəş açılması ilə bağlı mənə məlumat verilib. Onun vəziyyətinin yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən ona, ailəsinə və mitinqdə olan hər kəs üçün dua edirəm, əlavə məlumat gözləyirik".

I have been briefed on the shooting at Donald Trump"s rally in Pennsylvania. I"m grateful to hear that he"s safe and doing well. I"m praying for him and his family and for all those who were at the rally, as we await further information.Jill and I are grateful to the Secret…

- President Biden (@POTUS) July 13, 2024

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
hakimiyyet.az

2Mənbələr