Sloveniyada təlim-məşq toplanışı keçən "Sabah" növbəti yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi "Krivabas"la (Ukrayna) qarşılaşıb.
Məhsuldar keçən görüşdə qapılara 4 qol vurublar. Tərəflər hərəyə iki dəfə fərqləniblər.
Krunoslav Renduliçin komandasının heyətində Con Mikels fərqlənib, digəri qolu isə rəqib oyunçu öz qapısından keçirib.
Qeyd edək ki, "Koper"ə (Sloveniya) 1:0 hesabı ilə qalib gələn "Sabah" "Çukariçki" (Serbiya) ilə heç-heçə oynayıb - 0:0.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta