AZ

"Zirə" - "Şerif" matçının hakimləri açıqlandı

"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə (Moldova) qarşı keçirəcəyi cavab oyununun hakim təyinatı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, iyulun 18-də “Liv Bona Dea Arena”da baş tutacaq görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də Moldovada baş tutan ilk oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
125
25
football-plus.az

10Mənbələr