AZ

Ermənistan Rusiyadakı səfirini geri çağıracaq 

Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.

Bu barədə iddia ilə “Johovurd” qəzeti çıxış edib.

Nəşrin əldə etdiyi məlumata görə, onu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qurgen Arsenyan əvəzləyəcək:

“Parlamentin iyulun 12-də keçirilən iclası Q. Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək”.

Qeyd edək ki, yerli qanunvericiliyə əsasən Ermənistanda səfir postuna namizədi Prezident Baş nazirin təklifi ilə vəzifəyə təyin edir və ya geri çağırır. APA  

Seçilən
83
11
referans.az

10Mənbələr