AZ

Ermənistan Rusiyadakı səfirini geri çağırır

Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.

Sitat.info xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Bildirilib ki, Arutyunyanı hakim "Vətəndaş sazişi" partiyasından olan deputat Qurgen Arsenyan əvəz edəcək.

"Parlamentin iyulun 12-də keçirilən iclası Qurgen Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o, yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək", - deyə məlumatda bildirilib.

Seçilən
105
18
sitat.info

10Mənbələr