AZ

Sənan Hüseynov: İslamabadda Baş Tutan Görüş Azərbaycanın Optimal Siyasətinin Bariz Nümunəsidir

Bakı və İslamabad münasibətləri qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş  iki qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə – siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni sahələrdə əlaqələri gücləndirirlər. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Prezident İlham Əliyevin Pakistana iki günlük rəsmi səfərinin bu strateji münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla, hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyi sirr deyil. 

Hökmən vurğulanmalıdır ki, Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü. Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Bundan başqa imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Qeyd olunduğu kimi  əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var və tərəflər ciddi şəkildə qarşılıqlı fəaliyyətin artırılmasına daha da təkan verəcək. 

Bakı ilə İslamabad arasında əlaqələr Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı çərçivəsində də inkişaf edir. Bu format rəsmi olaraq 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda ilk üçtərəfli görüşü zamanı işə salınıb. 44 günlük müharibə zamanı üçtərəfli format güc sınağından uğurla keçərək özünü həqiqi dostların ittifaqı kimi təsdiqləyib. Dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində Azərbaycan üçün Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb edib. Bu dəstək müharibədən sonrakı dövrdə də davam edir. Xüsusilə Türkiyə və Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi köməklik göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin həyati maraqlarına cavab verir.

Sosial-iqtisadi sahədə inkişaf üçün ciddipotensial var. Artıq iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat nəqliyyat dəhlizlərinin praktikiməsələləri ilə məşğuldurlar. Prezident İlham Əliyevinəminliklə qeyd kimi bütün planlar həyata keçiriləcək. Bunlara ikitərəfli ticarətin birgə investisiyalarıngenişləndirilməsi daxildir. Qarşılıqlı faydalı layihələrə ilkininvestisiyaların 2 milyard dollar təşkil edəcəyi gözlənilir

Pakistan tərəfi Azərbaycan şirkətlərinin ölkəyəsərmayə qoymasında çox maraqlıdır. HazırdaAzərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat xidmət sahələrində çox sayda Pakistan şirkətiqeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri azad edilmiş ərazilərdə bərpa yenidənqurma işlərindəiştirak etmək üçün müraciət ediblər. Azərbaycan Pakistanlaticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesabedir.

Xülasə, Prezident İlham Əliyevin Pakistan səfəriAzərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqlayanaşı, həm iqtisadi, geosiyasi baxımından müstəsna roloynadı. Səfərin mahiyyəti imzalanan sənədlər nüvədövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini dahayüksək səviyyəyə qaldırdı. Eyni zamanda, bu səfərPrezident İlham Əliyevin dünyada sülhə, barışa, bölgədəinkişafa yönəlik mükəmməl xarici siyasətinin zirvə nöqtəsikimi yadda qaldı. Şəksiz ki, İslamabadda baş tutan görüşAzərbaycanın optimal siyasətinin bariz nümunəsidir.

Sənan Hüseynov – ADNSU III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
yenigundem.az

5Mənbələr