AZ

Azərbaycanın bugünkü nailiyyətlərinin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti dayanır

Məhz, ÜmummilliLiderölkəyərəhbər təyinolunandansonraAzərbaycanda sosial - iqtisadiinkişafınbünövrəsi qoyuldu

14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük birdövlətçilik tarixinin başlanğıc mərhələsidir.1920-ci ildən bu dövrə qədər dəfələrlə dəyişənrespublika rəhbərliyi ölkəmizin taleyüklü məsələlərində Ulu Öndər qədər siyasi iradənümayiş etdirmək gücündə olmamışlar. Məhz, Heydər Əliyev ölkəyə rəhbər təyin olunandan sonra Azərbaycanda sosial - iqtisadi inkişafın bünövrəsi qoyuldu. O dövr idi ki, Azərbaycanittifaq respublikaları arasında iqtisadi inkişaf tempinə görə geri qalırdı. Zəngin təbii sərvətlərəmalik bir ölkənin sərvətindən özgələr faydalanırdı. Bu kimi aktual hesab olunan iqtisadi tənəzzülün dayandırılması ulu öndər Heydər Əliyev tərəfindən vaxtında həyata keçirilən cəsarətli və düzgün siyasət nəticəsində iqtisadi inkişafla əvəzləndi. Qısa bir müddətdə ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalında və kənd təsərrüfatı məhsullarının artımında ciddi nailiyyətlər əldə olundu. Bununla yanaşı, 1969-cu ildən 1982-ci ilə qədərölkədə kütləvi şəkildə zavod, fabrik və sextikilərək, milyonlarla vətəndaşın mənzil təminatı həll olundu. Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində ittifaq ölkələrindən fərqli olaraq, SSRİ məkanında iki respublika - Rusiya Federasiyası və Azərbaycan dotasiya olmadan yaşayırdı. Bu dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alantələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. 1969-cu il üçün Azərbaycandan kənarda təhsil almağa cəmi 47 nəfərin göndərilməsi planlaşdırılırdısa və bunların əksəriyyəti qeyri-azərbaycanlı olurdusa, artıq 80-ci illərin əvvəllərində 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilirdi və onların böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. Ulu öndər HeydərAzərbaycan paytaxtında və digər şəhər vərayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail oldu. Bu illərdə Bakıda və başqa şəhərlərdəçoxlu sayda tarix-diyarşünaslıq muzeyləri yaradıldı.

Dahi Lider mədəniyyətin digər sahələri kimiteatra da böyük diqqət və maraq göstərmiş, tez-tez teatr tamaşalarına gedir, incəsənət xadimləri ilə görüşür, dövlət məmurlarının da dövri olaraq teatra-konsertə getməsini tələb edirdi. Ulu öndərhələ o illərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yaratmağa nail oldu. Heydər Əliyev müdrikliyivə uzaqgörənliyi ilə əsası qoyulmuş millioyanış, milli dirçəliş, milli özünüdərk prinsipləri ilə üzvü surətdə səsləşirdi. Bu barədə ulu öndərHeydər Əliyev qeyd edirdi: "... Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçünyeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildənbaşlamışdıq. Mən bu gün çox böyük məmuniyyət hissi ilə qeyd edirəm ki, bu, mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə Sizinlə görüşərəkvə bu problemlərlə daim məşğul olaraqAzərbaycanın XXI əsri haqqında düşünürəm...".

Ümummilli Lider Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri kimi Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisasüzrə 15 mindən artıq azərbaycanlının yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir. Tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrininiqtisadi və mədəni yüksəlişini təmin edir, həmdə dünya mədəniyyətinə böyük töhfə vermişolur. Ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildənbaşlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir. O dövrdə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərintəhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə orduüçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük cəsarət tələb edirdi.Kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürmək böyük risk tələb edirdi. Bu təşəbbüs yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edilə bilərdi.

1990-1991-ci illərdə İqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxt ulu öndər Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Məhz, Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarılaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkiz guşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Ulu öndər Heydər Əliyev AzərbaycanAli Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasında çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ vərespublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. 18 oktyabr1991-ci ildə bünövrəsi qoyulan, 15 iyun 1993-cü ildə real məhv olmadan xilas edilən müstəqil Azərbaycanın milli qurtuluş tarixindən sonrareal sabitlik yoluna qədəm qoydu. 1993-cü ildəxalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər ƏliyevAzərbaycanı dağılmaq, parçalanmaq və məhvolmaq təhlükəsindən xilas etdi.

Ulu öndər Heydər Əliyevin parlaq ideyalarıbu gün də Azərbaycanın böyük gələcəyinin müəyyənləşdirilməsində sönməz bir məşəl rolunu oynayır. Belə ki, Ulu Öndər özündən sonra ölkəmizi inamla irəli aparan, dünyasiyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev kimi böyük bir dövlət adamını bu xalqa ərmağan edib. Prezident İlhamƏliyev öz fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevirib. Bu siyasətin ən bariz nümunəsi44 günlük Vətən müharibəsində qazanılanZəfər, bu gün isə Qarabağda və ŞərqiZəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Bütün bu nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.

Təhmasib Rüstəmov

YAP Qubadlı Rayon Təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
sia.az

1Mənbələr