AZ

“Azərbaycan Dəmir Yolları” QSC-də BPC üzvləri ilə görüş keçirilib – FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) üzvləri ilə görüş keçirib. Görüşdə QSC-nin rəsmiləri və BPC üzvü olan 10-da artıq loqistika şirkətin rəhbəri iştirak edib.

Qonaqları salamlayan “Azərbaycan Dəmir Yolları” QSC-nin Biznes analitika şöbəsinin müdiri Natiq Rəsulzadə təmsil olunduğu qurumun fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, dəmir yolu vasitəsilə yüklərin daşınması, loqistika imkanlarının artırılması, “Orta Dəhliz”in inkişaf perspektivləri, dəmir yolları infrastrukturunun yüksəldilməsi, rəqəmsallaşma və digər sahələrdə “Azərbaycan Dəmir Yolları” QSC olaraq iş adamlarının təkliflərini dinləməyə hazırdırlar.

Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova 100-dən artıq orta və kiçik biznes subyektinin kollektiv şəkildə BPC-də təmsil olunduğu diqqətə çatdırıb. Əlavə edib ki, üzv şirkətlər arasında loqistika fəaliyyəti ilə məşğul olanların da sayı az deyil və onlar bu görüşdə iştirak edirlər: “Əsas məqsədimiz daxili istehsalın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi, biznes subyektləri ilə dövlət qurumlarının, beynəlxalq ticari tərəfdaşların, vətəndaş cəmiyyəti insitutlarının kordinasiyalı fəaliyyətinin təşkilidir. Bu məqsədilə səfərbər olunan BPC bu günə qədər onlarla layihə icra edib. Bir çox xarici tərəfdaşlarla əməkdaşlıq müqaviləsi imzalamışıq ki, üzv şirkətlər də bundan bəhrələnə bilirlər”.

Bayramova yüklərin dəmir yolu vasitəsilə daşınmasının daha əlverişli olduğunu söyləyərək, quru yolla daşınmanın xərcclər yaratdığını bildirib. Onun sözlərinə görə, idxal və ixrac, loqistika fəaliyyəti ilə məşğul olan iş adamları “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətini təqdir edir və qurumdan daha ciddi yeniliklər gözləyirlər: “Son dövrlər “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətində əsaslı dönüş yaranıb ki, bu da yüklərin daşınmasını həyata keçirən biznes cameəsində böyük ümidlər yaradıb. İnanırıq ki, bu görüş “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Biznes Partnyorları Klubu arasında əməkdaşlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq” – BPC sədri vurğulayıb.

Görüşdə iştirak edən və loqistika sahəsində çalışan iş adamları Laqutkin Maksim, Tariyel Həsənov, Radji Güləmirov, Elvin Məmmədov, Adil Mustafayev, Əlisəfa Əliyev, Fatimə Əsgərova, Aysel Mehdiyeva və Mansur Axundov qarşılaşdıqları problemlər, mövcud çətinliklər, “Orta Dəhliz”in inkişaf perspektivləri, dəmir yolları infrastrukturunun artırılması barədə təkliflərini səsləndiriblər.

Faydalı dialoq formatında baş tutan görüşdə qarşılıqlı təmasların bundan sonra da davam etdirilməsi qərara alınıb. BPC sədri Gülpəri Bayramova rəhbəri olduğu qurumun fəaliyyətinə göstərdiyi diqqətə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə və sədr Rövşən Rüstəmova təşəkkürünü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
apress.az

2Mənbələr