Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:
"Bütün paytaxtboyu prezident İlham Əliyevin və dövlətimizin bayraqlarının asılması, Pakistan qırıcılarının bu ölkənin sərhədlərinə girişdən başlayaraq hava limanına qədər liderimizi salamlaması adi hal deyil, qardaşlıq və dostluğun vacib göstəricisidir.
Səfər zamanı hər iki tərəfdən hökumətin geniş tərkiblə iştirak etməsi, iki tərəf arasında bu gün imzanalanan sənədlərin çoxşahəliyi Bakı - İslamabad arasında əməkdaşlığın bu dəfə dövlətlərarası dərin inteqrasiya və müttəfiqliyin bir qədər də inkişaf etdiriləcəyini göstərir".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31