Kopenhagen Universitetinin danimarkalı alimləri Şimali Avropa əhalisinin təxminən 5 min il əvvəl geniş miqyasda məhv olmasının səbəbini müəyyən ediblər.
Publika.az xəbər verir ki, tədqiqat “Science” elmi jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, daş dövrünə aid kənd təsərrüfatı icmaları vəba epidemiyasının qurbanı olub.
Neolit çöküşü kimi tanınan fəlakətin mənşəyi uzun müddətdir elmi ictimaiyyətdə müzakirə mövzusudur.
Yeni araşdırmada komanda bütün Skandinaviyada tapılan insan dişlərinin və sümüklərinin DNT-sini təhlil edib. Tədqiqatçılar 108 nəfərin qalıqlarını təhlil ediblər. Onların 17%-i ölüm zamanı vəbaya xəstəliyinə yoluxmuş olublar.
Alimlər təxminən 120 il ərzində altı nəsil üzrə 38 nəfərdən ibarət ailə ağacı tərtib ediblər. Genomik məlumatlar bu icmanın erkən vəbanın üç ayrı dalğasını yaşadığını göstərib.