AZ

“Ukraynanın NATO üzvlüyünə heç kim mane ola bilməz” - Andjey Duda

“Ukraynanın NATO üzvlüyünə kənardan heç kim mane ola bilməz”.

 

Sfera.az bildirir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib. O, bu barədə NATO Liderlər Sammitində iştirak etmək üçün getdiyi ABŞ-nin paytaxtı Vaşinqtonda mətbuata açıqlamasında bildirib. 

 

“NATO üzvlərindən və Ukrayna xalqından başqa heç kim ölkənin alyansa daxil olub-olmayacağına qərar verə bilməz. Alyans Kiyevi dəstəkləyir. İnanıram ki, Vaşinqtonda keçiriləcək sammit Ukraynanın NATO yolundan dönməyəcəyinin göstəricisi olacaq”, - Duda vurğulayıb.

 

Ukrayna xalqının da ittifaqa qoşulmaq istədiyini bildirən ölkə başçısı fikirlərini bu cür davam etdirib: "NATO-da Ukrayna ilə bağlı yeganə sual ölkənin alyansa nə vaxt qoşulacağıdır. Müharibə davam edir. Ukrayna digər ittifaq üzvləri ilə bərabər şərtlərlə üzv olmalıdır. Əks halda, NATO da müharibəyə cəlb olunacaq. Bunu da heç kim istəməz”.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
14
sfera.az

10Mənbələr