Bir ailə ağır qəzaya düşdü, ölən var: Yaralıların son durumu açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumunu açıqlayıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzada xəsarət alanlar - 1954-cü il təvəllüdlü Bakı şəhər sakini (qadın cinsli) baldırın geniş ölçülü açıq yarası, qapalı kəllə-beyin travması, 1955-ci il təvəllüdlü Bakı şəhər sakini (kişi cinsli) belin sağtərəfli küt travması diaqnozu ilə TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunublar:
"Yaralılara lazımi tibbi xidmətlər göstərilib. 1954-cü il təvəllüdlü vətəndaşın müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, digəri isə ambulator müalicə üçün evə buraxılıb".