AZ

Göyçayda narkotik alverçiləri tutulub - FOTO

Polis əməkdaşlarının Göyçay rayonunda həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əyyub Mahmudov, qardaşı Vüsal və qohumları Rəşad Həbibov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onlardan 2 kiloqram marixuana, 2 kiloqram tiryək və 200 ədəd metadon həbi aşkarlanıb. 

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan “Əli” adlı İran vətəndaşından aldıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
124
3
ucnoqta.az

10Mənbələr