AZ

NATO üçün xoş xəbər – bu 3 ölkədə hərbi dəhliz yaradılacaq

Yunanıstan, Bolqarıstan və Rumıniyanın müdafiə nazirləri Nikos Dendias, Atanas Zapryanov və Anxel Tilvar NATO-nun Vaşinqtonda keçirilən sammitində alyansın şərq cinahında hərbi dəhliz yaradılmasına dair niyyət protokolu imzalayıblar.

KONKRET.az xəbər verir ki, saziş missiya çərçivəsində hərbi qulluqçuların sərhəd postlarından maneəsiz keçməsini təmin edəcək ki, bu da nəinki yerdəyişmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək, həm də bürokratik proseslərdə vaxtı azaldacaq.

Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, payızda onun təşəbbüsü ilə ölkələr Aleksandrupolisdə (Yunanıstan) nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcəklər. Ölkələr arasında hərbi əməkdaşlığın ən mühüm səbəblərindən biri üç ölkədən birinin təhlükəsizliyinə təhdid yarandığı halda çevik reaksiya və əlavə qüvvələrin səfərbər edilməsini təmin etməkdir.

Perspektivli dəhliz Yunanıstanın Saloniki və Aleksandrupolisini müdafiə assosiasiyasının şərq sərhədlərinə yaxınlığına görə NATO üçün əsas strateji şəhərlər sayılan Bolqarıstanın Varna və Rumıniyanın Konstansa şəhərləri ilə birləşdirmək üçün nəzərdə tutulub.

Bu ölkələrin nəliyyat şəbəkəsi birləşdirilməklə NATO-nun şərq cinahında müttəfiq qüvvələrin sabitliyinə və rahatlığına həlledici töhfə verəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
74
8
konkret.az

10Mənbələr