AZ

Gürcüstan Rusiyaya görə Aİ-yə “yox“, Moldava isə “hə“ dedi

Avropa Ittifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirir. Maraqlıdır ki, Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa məcbur edir. Məcburiyyət qarşısında qalan ölkələrdən də biri Moldavadır. Bu ölkə  Rusiyaya qarşı yeni sanksiyalara qoşulub. Moldavadab başa daha 8 ölkə Aİ-nin Rusiyaya qarşı hər bir sanksiya qərarına “hə” deyib.

Bununla belə Moldova Rusiyaya qazının  tranzitinə qarşı məhdudiyyətlərin daxil olduğu 14-cü sanksiyalar paketinə qoşulan səkkiz tərəfdaş ölkədən fərqli olaraq Aİ-yə qəbul üçün namizədlər siyahısına daxil edilməyib.

Bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel deyib:

“Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn Aİ Şurasının Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı 24 iyun tarixli qərarına qoşulublar”.

Bu ölkələr öz milli siyasətlərinin Aİ Şurasının bu qərarına uyğun olmasını təmin edəcəklər. Borrell əlavə edib ki, Aİ ölkələrin qərarını alqışlayıb.

Moldova da daxil olmaqla doqquz ölkə Aİ-nin Rusiyaya qarşı hər bir sanksiya qərarına qoşulur. Aİ üzvlüyünə namizəd olan Gürcüstan və Serbiya isə növbəti dəfə bu qərarlara qoşulmaqdan imtina edib, bu da onları Brüsselin güclü təzyiqi altında qoyub və Aİ-yə üzvlük perspektivlərini xeyli çətinləşdirib.

News365.az


Seçilən
116
1
news365.az

3Mənbələr