AZ

Qazaxda qəza baş verib, xəsarət alanlar var

Qazaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol nəqliyyat hadisəsi zamanı 1994-cü il təvəllüdlü O. Cəfərov və 2006-ci il təvəllüdlü Ü. Mehdiyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
59
4
apa.az

6Mənbələr