AZ

"Rusiyanın kəşfiyyat orqanları vasitəsilə terror etməsi sadəcə versiyadır" - Politoloq

ABŞ-nin Avropadakı hərbi bazalarında gözlənilən təxribat qorxusu səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Amerika kəşfiyyatı Rusiya tərəfindən muzdlu şəxslərin ABŞ hərbi obyektlərinə təxribat törətmək üçün silsilə hücumlar edəcəyi barədə məlumat alması səbəbindən bu addımı atıb.

Maraqlıdır, ABŞ hər dəfə hansısaölkəilə müharibəyə başlayanda "terror"u bəhanə edir. İraqda və Əfqanıstanda bunun şahidi olduq.

Maraqlıdır, ABŞ bu dəfə həqiqətən təhlükəilə üzləşib, yoxsa siyasi blef edir?

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Redaktor.az-a bildirdi ki, bu məsələnin mütləq şəkildə blef, yoxsa real olduğu demək olmaz:

"Bu barədə yalnız Rusiya və ABŞ-dəki təhlükəsizlik orqanları dolğun şərh verə bilərlər, hətta onlar arasında belə məsələni şəffaf bilənlərin sayı çox deyil. Amma bu xəbər həm də onu göstərir ki, ABŞ də və Rusiya da bir-birilərinə qarşı əks-kəşfiyyat fəndlərindən istifadə edir. Bundan əvvəl Rusiya Gürcüstanla və qonşu ölkələrdəki bəzi məqamlarla bağlı Amerikanın planlarını açıqladı. Bu da kəşfiyyat orqanlarının ciddi şəkildə bir-biriləri ilə mübarizəsinin sübutudur".

Politoloq qeyd etdi ki, hazırda Ukrayna faktiki olaraq Rusiya və Ukrayna arasındakı müharibənin deyil, Rusiya ilə Qərbin müharibəsinin poliqonuna çevrilib:

"Bu müharibədən hər kəs öz şəxsi və dövlət maraqları üçün istifadə edir. Belə olduğu halda ABŞ haqqında da müəyyən bəyanatların yayılması normaldır. Son məlumatlara görə, ABŞ Almaniyadakı hərbi bazasını ciddi şəkildə genişləndirməyi və Ukraynaya bu bazadan hərbi dəstək göstərməyi planlaşdırır. Ancaq ABŞ-də noyabrda keçirilən seçkilərdən sonra hakimiyyətə Donald Tramp gələcəksə, Amerika və Rusiya arasındakı münasibətlər yumşala bilər. Lakin əgər hakimiyyət respublikaçılarla davam edəcəksə, Rusiya və ABŞ Ukrayna və digər məsələlərlə bağlı, nəhayət ki, razılığa gələcəklər. Yəni kəşfiyyat orqanları vasitəsilə terrorun həyata keçirilməsi ehtimalı sadəcə bir versiyadır və düşünmürəm ki, bu vəziyyət reallaşsın". 

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
redaktor.az

1Mənbələr