AZ

“Avropada Salibadan yaxşı müdafiəçi görmürəm” – Keçmiş futbolçu

Fransa millisinin sabiq futbolçusu Vilyam Qallas Avropa çempionatının ən yaxşı mərkəz müdafiəçisini seçib.



Komanda.az “Lord Pinq”-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, turnirin ən yaxşı müdafiəçisinin Vilyam Saliba olduğunu bildirib:



“Turnirin ən yaxşı müdafiəçisi Salibadır. O, İngiltərə Premyer Liqasının ən yaxşı müdafiəçisidir və daha sonra Avropa çempionatında yüksək səviyyəsini qoruya bildi. Hazırda Avropada Salibadan yaxşı müdafiəçi görmürəm. Vilyamda dünyanın ən yaxşısı statusunu qazanmaq üçün hər şey var”.



Fransa millisinin üzvü olan Saliba “Arsenal”da forma geyinir. O, Premyer Liqada son mövsümün oyunçusu mükafatına namizəd olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərfransa Vilyam Saliba

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
komanda.az

1Mənbələr