AZ

“Belə məqamlarda Putini öldürmək istəyirsən” - Zelenskidən şok açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Kiyevdə “Oxmatdet” uşaq xəstəxanasına raket düşməsinə münasibət bildirib. 
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutunda çıxışından sonra danışıb.  “Mən atayam, Prezidentəm... Və insanları, uşaqları itirmək çox-çox çətindir. Bu insanları, valideynləri görəndə, onların övladları öləndə - bu cür məqamlarda Putini öldürmək istəyirsən”, - deyə Ukrayna lideri qeyd edib.  Onun sözlərinə görə, Rusiya NATO sammiti ərəfəsində tibb müəssisəsinə bilərəkdən zərbə endirib.

Qeyd edək ki, Rusiya ordusu iyulun 8-i Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hücum zamanı “Oxmatdet” uşaq xəstəxanasına da ziyan dəyib. Şəhərin meri Vitaliy Kliçko zərbə nəticəsində ümumilikdə Kiyevdə 5-i uşaq olmaqla, 34 nəfərin öldüyünü açıqlayıb. Onlardan ikisi “Oxmatdet”də həlak olub. Bununla yanaşı, daha 121 nəfər isə xəsarət alıb.

Seçilən
113
40
manset.az

10Mənbələr