AZ

Aİ rəsmiləri Trampın ətrafı ilə görüşlər keçirməyə başlayıb - FT

Avropa rəsmiləri ABŞ prezidentliyinə namizəd Donald Trampın Co Baydenlə son debatda qələbə qazanmasından sonra NATO sammitində onun ətrafı ilə əlaqə yaratmağa başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, daha çox Şimali və Şərqi Avropa dövlətlərini təmsil edən siyasətçilər sammitin kənarında Trampın müşaviri Keyt Kelloqla görüşüb və onunla təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Həmçinin rəsmilərin yaxın vaxtlarda ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ilə bir sıra görüşlər keçirəcəyi də iddia edilir.

İyunun sonunda ABŞ-da prezidentliyə namizədlər Tramp və Bayden arasında debat baş tutub. Tamaşaçılar böyük fərqlə keçmiş dövlət başçısına qələbə qazandırıblar və media ölkənin hazırkı liderinin yaşla bağlı problemlərini müzakirə etməyə başlayıb. Bir çox Amerika mediası Baydenin uğursuzluğunun Demokratlar Partiyasında onun seçkilərdə mümkün dəyişikliyi ilə bağlı dialoqa səbəb olduğunu bildirib.

FT-nin yazdığı kimi, partiya nümayəndələri və Bayden kampaniyasının əsas donorları onu seçki yarışından geri çəkilməyə inandıra bilməyiblər, nəticədə ümidsizliyə qapılıblar.

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
hit.az

1Mənbələr