AZ

Millimiz Avropa çempionatında ikinci qələbəsini qazanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, A qrupunda yer alan yığmamız Gürcüstanı sınağa çəkib.
İlk turda Ermənistanı darmadağın edən basketbolçularımız bu dəfə də böyük fərqlə qalib gəliblər. İlk saniyələrdən üstünlüyü ələ alan millimiz ikinci darmadağınla turnir cədvəlində liderliyini möhkəmlədib.
Qeyd edək ki, yığmamız sabah baş tutacaq son turda Kiprlə üz-üzə gələcək.
U-16-lar (qızlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
II tur, 10 iyul
12:30. Azərbaycan - Gürcüstan - 97:40 (29:6, 23:12, 23:13, 22:9)
Cəbəllütariq. "Tersentenari" İdman Zalı
Seçilən
147
50
oxu.az

9Mənbələr