AZ

İnsanların aqressiv olmasının səbəbləri BƏLLİ OLDU - PSİXOLOQ FAKTLARI DANIŞDI

“Cəmiyyətdə insanların aqressiv olmasının müxtəlif səbəbləri var. Bəziləri bu problemi maddi sıxıntıda görür, bəziləri biri-birini anlamamaqda, bəziləri bir neçə işlə eyni vaxtda məşğul olmaqda görür. Ümumiyyətlə regionlara nisbətdə paytaxtda insanlarda aqressiya daha çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, regionlarda maddi sıxıntı daha çox müşahidə olunsa belə, orada insanların yolda tıxaca düşməmələri, təmiz havada olmaları, təbiətə daha yaxın olmaları onların aqressiyasını azaldır: “Amma şəhər mühitində tıxacın olması, hər yerdə insan çoxluğu, səs-küyün və problemlərin çoxluğu, maddi və mənəvi sıxıntılar, müxtəlif regionlardan gələn insanların eyni yerdə birləşməsi və biri-birini yaxşı anlaya bilməməsi aqressiyanın səbəblərini artırır.

Aqressiyanın arxasında uşaqlıq travmaları da dayana bilər. Amma uşaqlıq travmalarından sonra yaranan aqresiyya çox zaman yeniyetməlik dövründə özünü göstərir. Amma cəmiyyət olaraq daha yetkin insanların aqressiyasından danışırıqsa, burada müxtəlif səbəblər müşahidə olunur. Belə ki, psixi pozğunluğu olan insanlarda da aqressiya hallarına tez-tez rast gəlmək mümkündür. Həmçinin aqressiya tamamilə sağlam insanlarda da müşahidə edilə bilər. İşdə çox yüklənmək, qarşımızdakı insan tərəfindən anlaşılmamaq da insanlarda aqressiya formalaşdırır. Sağlam qidalanmaq, 8 saat yatmaq və mümkün olduğu qədər təbiətdə olmaq bizim aqressiyamızı azaldır”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
23
sia.az

10Mənbələr