AZ

İspaniya millisi şokda: Qələbə sevinci zamanı zədələndi

İspaniya millisinin hücumçusu Alvaro Morata komandanın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasını qeyd edərkən təhlükəsizlik əməkdaşları ilə toqquşma nəticəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə “Tiempo de Juego” məlumat yayıb.

Bildirilir ki, meydana çıxan azarkeşi tutmağa çalışan mühafizəçinin ayağı sürüşüb və qələbə sevincini bölüşən Moratanı yıxıb. Futbolçu hadisə nəticəsində zədələnib və axsamağa başlayıb.

Xatırladaq ki, İspaniya və Fransa millilərinin qarşılaşdığı Avro-2024-ün yarımfinal oyunu ispanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “matadorlar” turnirin finalına yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
publika.az

1Mənbələr