AZ

Avropa çempionatı: Azərbaycan basketbol yığması yarımfinala vəsiqəni təmin edib

Avropa

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar ikinci matçda Gürcüstanla üz-üzə gəliblər. Görüş millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun ən məhsuldar basketbolçusu millimizin heyətində Angelina İsmayılova (24 xal, 5 ribaund) olub.

Bu qələbədən sonra Azərbaycan yığması yarımfinala vəsiqəni təmin edib. Milli komanda qrupda sonuncu oyununu iyulun 11-də Kiprə qarşı keçirəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, Evrən Alkayanın rəhbərlik etdiyi Azərbaycan millisi qrupun ilk qarşılaşmasında Ermənistana 86:59 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
azertag.az

4Mənbələr