NATO Ukrayna ilə əməkdaşlığı genişləndirir, xüsusən də söhbət ölkənin silah və mərmi istehsal etmək imkanlarının artırılmasından gedir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Müdafiə Sənayesi Forumunda deyib.
“Bizim tərəfdaşlarla daha sıx əməkdaşlığa ehtiyacımız var. Biz Ukrayna ilə əməkdaşlığı genişləndiririk”, - o deyib.
Onun sözlərinə görə, Almaniyada və bir sıra digər Alyans ölkələrində layihələrə birgə investisiya yatırmaq, həmçinin Ukraynanın müstəqil silah və sursat istehsal etmək imkanlarını artırmaq məqsədi ilə komanda yaradılacaq.
Mənbə: report.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az