AZ

Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edilib

Bakı, TurkicWorld

NATO-nun Vaşinqtonda keçirilən Sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən, enerji təhlükəsizliyi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.

Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub.

Seçilən
3
30
turkic.world

10Mənbələr