AZ

Yaponiyalı ekspert: “Qlobal NATO” konsepsiyası tədricən həyata keçirilir

Avro-Atlantik regionu ilə bağlı olmayan “qlobal NATO” konsepsiyası getdikcə genişlənməkdədir və bu, Yaponiyanın alyans ölkələri ilə getdikcə daha tez-tez keçirdiyi hərbi təlimlərdə öz əksini tapır.

“İki sahil” xəbər verir ki, bunu TASS-ın müxbiri ilə söhbətində hərbi məsələlər üzrə aparıcı yaponiyalı ekspert, Tokio Universitetinin Qabaqcıl Elmi və Texnoloji Tədqiqatlar Mərkəzinin iqtisadi təhlükəsizlik məsələlərinin öyrənilməsi proqramının direktor müavini Daisuke Kavay deyib.

“Qlobal NATO” konsepsiyasının tədricən həyata keçirildiyini deyən eksperin sözlərinə görə, alyansın fəaliyyəti Şimali Atlantikanın coğrafi sərhədləri ilə məhdudlaşmamalı, demokratiyanın eyni siyasi və iqtisadi prinsiplərini bölüşən digər ölkələrə də şamil edilməlidir. Yaponiya və NATO ölkələri arasında birgə hərbi təlimlərin keçirilməsi bu konsepsiyaya uyğundur: “Bu, ilk növbədə, silahlı qüvvələrimizin (Yaponiya ordusuun – red.) qarşılıqlı uyğunluğunu artırır. Müxtəlif hərbi sistemlərə və əməliyyat qaydalarına malik qüvvələrin hazırlanması bizə real fövqəladə hallar zamanı birgə effektiv fəaliyyət göstərməyə imkan verəcək. Bu, xüsusilə Yaponiya, Fransa, Almaniya və İspaniya Hərbi Hava Qüvvələrinin bu il keçiriləcək birgə təlimlərinə və Yaponiya, Hollandiya və Türkiyə hərbi dəniz qüvvələrinin təlimlərinə aiddir”.

Daisuke Kavay hesab edir ki, bu cür təlimlərin sayının artması həm də Rusiya və Şimali Koreya arasında təhlükəsizlik sahəsində de-fakto ittifaqın bağlanması ilə bağlıdır: “Birgə təlimlər alyansdakı Avropa ölkələrini inandırmağa kömək edəcək ki, Şimali Koreya Yaponiya üçün əsas problem kimi onları təhlükəsizlik baxımından narahat etməlidir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
ikisahil.az

10Mənbələr