AZ

“Bestcomp Group” şirkətinin ötən il mənfəəti azalıb

“Bestcomp Group” QSC 2023-cü ili 16 milyon 785 min xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 18 milyon 175 min manat xalis mənfəət edib ki, bu da illik müqayisədə 7.6% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il  “Bestcomp Group” QSC-nin cəmi gəlirləri 50 milyon 851 min manat və ya 33% artaraq 206 milyon 793 min manat, əməliyyat gəlirləri isə 36% artaraq 206 milyon 790 min manat təşkil edib.

Hesabat dövründə “Bestcomp Group” QSC-nin cəmi aktivləri 100 milyon 126 min manatdan 82 milyon 909 min manata, cəmi kapitalı 30 milyon 579 min manatdan 32 milyon 220 min manata, cəmi öhdəlikləri 69 milyon 548 min manatdan 50 milyon 690 min manata düşüb.

Xatırladaq ki, 1995-ci ildə yaradılan Bestcomp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
banker.az

1Mənbələr