AZ

Azərbaycanın çimərlik voleybol milliləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət çimərlik voleybolu üzrə milliləri Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçilərimiz yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.

İyulun 10-14-də baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, oğlanlardan ibarət komanda mübarizəyə əsas, qızlarımız isə təsnifat mərhələsindən qoşulacaq.

Seçilən
70
5
90deqiqe.az

9Mənbələr