AZ

Türkiyə lideri: Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir

Şimali Kipr, demək olar, Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, Azərbaycan da bunu dəstəkləyir: “Şimali Kipr TDT-nin Şuşada keçirilən iclasında təmsil olundu. İndi biz çalışırıq ki, tamhüquqlu üzvü rəsmiləşdirək”.Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-a gedir. Onun həmkarları ilə görüşü gözlənilir.Rubrika.az





Facebook-da paylaş

Seçilən
84
11
rublika.az

10Mənbələr