AZ

Gənc nəslə köhnə film və musiqilərimizi necə SEVDİRƏK? - Kultoroloqdan maraqlı TƏKLİF 

Azərbaycanın zəngin film və musiqi keçmişi var. İllər keçdikcə, nəsillər dəyişdikcə zövqlər də dəyişir. Elə bu səbəbdən də gənc nəsil köhnə film və musiqilərə maraq göstərmir. Xalqın mədəni sərvəti hesab edilən filmlərdə milli-mənəvi dəyərlər, dostluq, qrdaşlıq, böyüyə-kiçiyə sayğı aşılanır. Bu səbəbdən valideynlər övladlarının mədəniyyətin bu növlərinə maraq göstərməməsindən narahatdılar.

Bəs gənc nəslə köhnə Azərbaycan film və musiqilərini necə sevdirək?

Mövzu ilə bağlı Bizim.Media-ya kulturoloq Vüsalə Məmmədzadə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir


O bildirib ki, orta məktəblərdə Azərbaycan mədəniyyətinə aid fənn tədris olunmalıdır:

“Məktəblərdə Azərbaycan mədəniyyətinə aid fənn tədris olunsun”

“Gənc nəslə Azərbaycan mədəni dəyərlərini sevdirmək üçün ilk öncə Vətənin dəyərlərini tanıtmaq lazımdır. O zaman gənclər Azərbaycan  musiqisini, ədəbiyyatını, rəssamlıq  məktəbini, kino sənəti ilə yaxından tanış olmağa  maraqlı  olacaqlar. Universitetdə tələbələr arasında çox sayda hansı Azərbaycan filmlərini, kino aktyorlarını, rejissorlarını tanıdıqları ilə bağlı sorğu keçirdim. Təəssüf ki, verilən cavablar məni qane etməyib. Dəfələrlə  vurğulamışam orta  məktəblərdə mütləq şəkildə  Azərbaycan  mədəniyyəti  fənni tədris olunmalıdır. Belə olduğu  halda ən azından  maraq yaranar”.

Televiziya kanallarında niyə Azərbaycan filmlərinə bayram günlərində yer ayrılır?

Kulturoloq hesab edir ki, televiziyalarda öz filmlərimiz az nümayiş olunur:

“Təəssüf ki, televiziya kanallarında köhnə Azərbaycan filmlərinə ancaq bayram günlərində yer ayrılır. Yaxşı olardı ki, bunları hər həftə sonunda nümayiş etdirsinlər. Azərbaycanın çox görkəmli kino və teatr rejissorları, aktyorları olub. Bunlar haqqında o qədər  maraqlı məlumatlar yazmaq olar. Hətta elə köhnə Azərbaycan kinoları var ki onları efirdə görə bilmirik”.

“Azərbaycan mədəni dəyərləri yalnış təbliğ olunur” 

Azərbaycan musiqilərinə gəldikdə isə Vüsalə Məmmədzadə gənclərə elitar, kütləvi və xalq musiqisinin fərqini izah etmək lazım olduğunu qeyd edib:

“Gənclərə Azərbaycan musiqisi sənətinin zənginliyini aşılamaq, aşıq sənətinin, muğam sənətinin dünya mədəni irs siyahısına hansı səbəbdən daxil olmasını təbliğ etmək lazımdır. Azərbaycan musiqisi, əsasən, 3 istiqamətdə təbliğ olunur: elitar, kütləvi və xalq musiqisi..  Gənclərə bunların bir birindən fərqini başa salmaq lazımdır. Təəssüf ki, efirlərdə daha çox submədəniyyəti təbliğ  edirlər. Mədəniyyətin təbliğatında televiziyanın rolu əvəzsizdir, bu gün isə Azərbaycan mədəni dəyərləri yanlış təbliğ olunur”.

Günay Şahmar, Bizim.Media 

Seçilən
125
5
bizim.media

10Mənbələr