AZ

867-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 867-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 626 təyyarəsi, 277 helikopteri, 27 441 PUA-sı, 540 zenit-raket kompleksi, 16 536 tank və digər zirehli texnikası, 1 373 reaktiv yaylım atəş sistemi, 11 618 artilleriya və minaatanı, 23 490 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
120
49
axar.az

10Mənbələr