AZ

Gələn ay BTC ilə neft tədarükü azalacaq

Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə Ceyhana nəql olunan Azərbaycan neftinin həcmi azalmaqda davam edir.

“Reuters” agentliyinin hesablamalarına görə, BTC boru kəməri ilə Azərbaycan neftinin gündəlik tədarükü iyul ayı ilə müqayisədə gələn ay 7,5 faiz azalacaq

SOCAR-ın məlumatına görə, 2024-cü ilin may ayında Azərbaycanın əsas ixrac boru kəməri olan BTC ilə 2 milyon 725 min 177 ton (və ya 17 milyon 715 min barel) Azərbaycan nefti nəql edilib. Ümumilikdə, 2024-cü ilin yanvar-may ayları ərzində kəmərlə 12 milyon 199 min 306 ton neft ixrac edilib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
azpolitika.info

3Mənbələr