AZ

Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ: İmtina cavabı verilə bilər

İtaliyanın Siciliya adasında yerləşən istirahət məkanı Agrigento turistlərə "Gəlməyin, suyumuz çatmır" elanı edib. Bu vəziyyət İtaliyadan Şengen vizası almaq istəyənləri şübhələndirib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, şəhərin müasir dövrdə tikilmiş su kəmərləri son aylarda ciddi şəkildə quruyub. Bu səbəbdən sahillərdə yerləşən kiçik hostellər turistləri geri qaytarmaq məcburiyyətində qalıb. 93 regionda 1 milyondan çox insan üçün su məhdudiyyəti qüvvədədir. Bəziləri su istehlakını 45 faizə qədər azaltmalıdır. Hətta çox yerlərdə bir gecədə su tamamilə kəsilir.

Bu vəziyyət xüsusilə Türkiyədən İtaliyaya getmək istəyən turistləri narahat etməyə başlayıb. Şengen vizası almaq üçün İtaliyada görüş təyin edənlər bu vəziyyətdən necə təsirlənəcəklərini düşünürlər.

Qeyd edək ki, hələlik Romadan adaya kömək etmək üçün konkret plan yoxdur.

Seçilən
52
16
publika.az

10Mənbələr